Stiven Pinker | |
---|---|
ing. Steven Arthur Pinker[1] | |
![]() | |
Doğum tarixi | 18 sentyabr 1954[2][3][…] (70 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | psixoloq, dilçi, antropoloq, filosof, universitet müəllimi[d], yazıçı-dokumentalist[d] |
Elmi dərəcəsi | |
Üzvlüyü | |
stevenpinker.com | |
![]() |
Stiven Pinker(18 sentyabr 1954[2][3][…], Monreal, Kanada[2][4]) — psixolinqvist, populyar elm yazarı, eksperimental psixologiya və idrak elmləri sahəsində ixtisaslaşmış filosof.
Pinker Harvard Universitetində Psixologiya sahəsi üzrə professordur. O, vizual idrak və inkişaf linqvistikası sahəsində ixtisaslaşmışdır. Filosofun eksperimental mövzularına mental təsvir, forma tanıma, vizual diqqət, dildə qaydalılıq və qeyri-qaydalılıq, sözlərin və qrammatikanın neyron əsasları, həmçinin uşaqların dil inkişafı daxildir.[6][7][8]
Pinker geniş auditoriyaya xitab edən doqquz kitabın müəllifidir. "Dil instinkti" (1994), "Zehin necə işləyir" (1997), "Sözlər və qaydalar" (2000), "Boş lövhə" (2002) və "Düşüncənin mahiyyəti" (2007) əsərlərində psixolinqvistika və idrak elminin aspektlərini təsvir edir və dilin təbii seçmə nəticəsində formalaşmış və ünsiyyət ehtiyaclarımıza uyğunlaşmış fitri bir davranış olduğunu irəli sürür. "Üslub hissi" (2014) ümumi dil üslubu üzrə bələdçi kitabdır.[9] Onun "Təbiətimizin daha yaxşı mələkləri" (2010) adlı kitabı bəşər tarixində zorakılığın ümumiyyətlə azaldığını və bu azalmanın əsas səbəblərindən birinin maarifçilik dövründə meydana çıxan humanitar inqilab və onun ağılın inkişafına təsiri olduğunu göstərir. "Maarifçilik indi" (2018) isə ağıl, elm və humanizmin insan həyatını yaxşılaşdırdığını müdafiə edir. "Rasionalizm: Nədir, niyə az görünür, niyə əhəmiyyətlidir" (2021) kitabında isə ağılın mahiyyəti və onun əhəmiyyəti barədə müzakirələr aparır.
2004-cü ildə Pinker Time jurnalının "Dünyanın ən nüfuzlu 100 insanı" siyahısına daxil edilmiş, 2005, 2008, 2010 və 2011-ci illərdə isə Foreign Policy jurnalının "Ən yaxşı 100 qlobal düşüncə adamı"[10] siyahısında yer almışdır. O, 2013-cü ildə Prospect jurnalının "Dünyanın ən yaxşı 10 düşüncə adamı" siyahısına da daxil edilmişdir.[11] Pinker Amerikan Psixoloqlar Birliyi, Milli Elmlər Akademiyası, Kral İnstitutu, İdrak Neyroelmi Cəmiyyəti və Amerika Humanist Assosiasiyası tərəfindən mükafatlara layiq görülmüşdür.[12][13][14][15][16] O, 2013-cü ildə Edinburq Universitetində Gifford mühazirələrini oxumuşdur. Müxtəlif elmi jurnalların redaksiya heyətində və bir sıra institutların məsləhət şuralarında çalışmışdır.[17] Pinker 2008-2018-ci illərdə American Heritage Dictionary-nin İstifadə Panelinin sədri olmuşdur.[18]